× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO tankerləri ilə daşınmış “Tengiz” və “Kaşağan” neftinin həcmi açıqlanıb

Qazaxıstan neftinin Azərbaycan üzərindən tranziti layihəsi çərçivəsində indiyədək ümumi daşımaların 2 085 729.243 tonu AZCON Holding şirkətlərindən olan ASCO-nun tanker donanmasına məxsus gəmilərlə həyata keçirilib.

Bu həcmin 1 962 983.243 tonu “Tengiz”, 122 746 tonu isə “Kaşağan” yatağından olan neftin payına düşür.

Layihə çərçivəsində son daşımalardan biri 12 mart 2026-cı ildə ASCO-ya məxsus “Prezident Heydər Əliyev” tankeri tərəfindən yerinə yetirilib. Həmin gün tanker Aktau limanından 9 326 ton həcmində “Tengiz” yatağına aid xam nefti “Azərtrans” Səngəçal istiqamətində uğurla daşıyıb.

Qeyd edək ki, “Tengiz” neftinin ilk partiyası 23 mart 2023-cü ildə, “Kaşağan” neftinin ilk partiyası isə 27 yanvar 2025-ci ildə Aktau limanından Bakıya çatdırılıb.  Aktau limanından Səngəçal terminalına tədarük edilən Qazaxıstan nefti sonradan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə Ceyhan limanına nəql edilir, oradan dünya bazarlarına göndərilir.