× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO gəmiləri TAPI layihəsi üzrə borudaşıma əməliyyatlarına cəlb olunub

AZCON Holding şirkətlərindən olan ASCO-nun gəmiləri vasitəsilə TAPI (Türkmənistan–Əfqanıstan–Pakistan–Hindistan) qaz kəməri layihəsi üzrə tikinti işləri üçün nəzərdə tutulan boruların daşınmasına başlanılıb.

Daşımalar Bakı limanından Türkmənbaşı limanına həyata keçirilir. Prosesdə ASCO-nun “Natavan”, “Rəsul Rza”, “Qaradağ”, “Teymur Əhmədov” və “Maestro Niyazi” universal quru yük gəmiləri iştirak edir.

İlin sonunadək sözügedən gəmilər vasitəsilə ümumilikdə 11 700 ədəd borunun təyinat məntəqəsinə çatdırılması planlaşdırılır.