× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasında (XDND) 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Toplantıda XDND-nin məsul struktur bölmələrinin, habelə Fövqəladə Hallar Nazirliyinin Xətai rayon şöbəsinin əməkdaşları iştirak ediblər.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının tövsiyəsinə əsasən, “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusuna həsr olunmuş tədbirdə ekoloji risklərin insan sağlamlığına, iqtisadiyyata və biomüxtəlifliyə təsiri, iqlim dəyişikliyinin yaratdığı təhdidlər, həmçinin Xəzərdə suyun səviyyəsinin azalması kimi aktual məsələlər ətrafında müzakirələr aparılıb.

Tədbirdə vurğulanıb ki, ekoloji risklərin idarə edilməsi istiqamətində ölkəmizdə mühüm addımlar atılır. ASCO-nun “Sıfır emissiya – 2050” strategiyası bu sahədə ən bariz nümunələrdən biridir. Strategiyaya uyğun olaraq, köhnə və səmərəsiz gəmilər tədricən istismardan çıxarılır, onları az yanacaq sərf edən müasir gəmilər əvəzləyir. Planın növbəti mərhələlərində isə metanol və elektriklə işləyən gəmilərin istifadəsi nəzərdə tutulur.

Eyni zamanda, ASCO-nun SƏTƏMM mütəxəssisləri tərəfindən ekoloji təhlükəsizlik tədbirləri davamlı şəkildə həyata keçirilir. Bura gəmilərin təmiri zamanı sualtı hissələrin təmizlənməsi vasitəsilə dəniz biomüxtəlifliyinin qorunması, yaşıllıqların artırılması, eləcə də mütəmadi daxili monitorinqlərin aparılması daxildir. Həyata keçirilən bu kompleks tədbirlər ətraf mühitin mühafizəsinə və dayanıqlı inkişaf məqsədlərinə xidmət edir.