Xəbərlər
ASCO-da uyğunluğa nəzarət üzrə təlim keçirilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) “Baker & McKenzie International” şirkətinin Türkiyədəki nümayəndəliyi “Esin Attorney Partnership”in əməkdaşları tərəfindən uyğunluğa nəzarət (komplayens) təlimi keçirilib.
Təlimdə AZCON Holding-in, o cümlədən ASCO-nun aparatının və tabeliyindəki qurumların əməkdaşları iştirak ediblər.
Təlim zamanı gəmiçilik sahəsində beynəlxalq hüquqi tənzimləmə mexanizmləri, qarşı tərəfin yoxlanılması prosedurları, risklərin idarəolunması, habelə uyğunluq tələblərinə əsaslanan iş prinsipləri barədə ətraflı məlumat verilib.
Təlimin əsas məqsədi institusional komplayens mədəniyyətinin gücləndirilməsindən ibarətdir.




