× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Dövlət qurumları arasında keçirilən IV minifutbol turnirində dənizçilər növbəti qələbələrini qazanıblar

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında keçirilən IV minifutbol turniri davam edir.

B qrupunda mübarizə aparan ASCO-nun futbolçuları VIII tur çərçivəsində Heydər Əliyev Mərkəzinin komandası ilə qarşılaşıb.

Gərgin və maraqlı keçən mübarizənin sonunda dənizçilərimiz üstünlüyü əldə saxlayaraq 4-1 hesabı ilə qələbə qazanıblar.

Komandımızı təbrik edir, onlara növbəti oyunlarda uğurlar arzulayırıq.

Qeyd edək ki, dövlət qurumları arasında IV minifutbol turnirində 45 komanda çıxış edir.