× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Ötən il “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda 26 gəmi təmir olunub

AZCON Holding şirkətlərindən olan ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) ötən il 26 müxtəlif tipli gəminin təmiri həyata keçirilib.

Gəmilərdən 8-i əsaslı, 16-sı tərsanə, 2-si cari təmir edilib. Bunlardan 20-si ASCO-ya, digərləri isə müxtəlif kənar təşkilatlara aid olub.

Təmir prosesi ASCO-nun yüksəkixtisaslı mütəxəssislərinin iştirakı ilə beynəlxalq konvensiyanın tələblərinə uyğun icra edilib.

Qeyd edək ki, ZGTTZ geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri təqdim edir. Bundan başqa, 2017-ci ildən Zavod müvafiq sertifikatlaşmadan keçməklə kiçik su tutumlu gəmilərin tikintisini də həyata keçirir.