Xəbərlər
ASCO kollektivi Şəhidlər xiyabanını ziyarət edib
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) kollektivi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib.
Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi dərin ehtiramla yad olunub və məzarları önünə gül dəstələri düzülüb.








