× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Gəmi-muzeydə “Əfsanəvi kapitanlar” sərgisi başlayıb

“Suraxanı” gəmi-muzeyində ölkəmizin dənizçilik tarixində silinməz iz qoymuş görkəmli kapitanların həyat və peşə yoluna həsr olunan “Əfsanəvi kapitanlar” adlı sərgi fəaliyyətə başlayıb.

Sərgidə ziyarətçilərə tanınmış kapitanlara dair maraqlı məlumatlar təqdim olunur, eyni zamanda onların ailə üzvləri tərəfindən muzeyə bağışlanan unikal şəxsi əşyalar və xatirə materialları nümayiş etdirilir.

Hazırda sərgidə Hacı Vahab, Müzəffər Əliyev, Şövkət Səlimova, Ağarəşid Ağasıyev, Bayram Nağdəliyev, Firuddin Əliyev kimi bir çox əfsanəvi kapitanlara məxsus eksponatlar yer alıb. 

Sərginin əsas məqsədi gəmiçilik sahəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin zəngin irsini yaşatmaq, eyni zamanda gənc nəsil arasında dənizçi peşəsinə maraq formalaşdırmaqdır.