× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO nümayəndələri TMTM İşçi Qrupunun iclasında iştirak ediblər

Türkiyənin Ankara şəhərində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM/TMTM) inkişafına dair İşçi Qrupunun iclası keçirilib.

İclasda AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni (ASCO) qurumun İdarə Heyəti sədrinin müavini Tariyel Mirzəyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirdə TMTM-in 2025-ci ilin 10 ayı üzrə fəaliyyətinin yekunları, yükdaşıma dinamikası, marşrutun potensialından səmərəli istifadə olunması, yüklərin fasiləsiz və daha effektiv şəkildə daşınması məsələləri müzakirə edilib.

Həmçinin TMTM çərçivəsində təsdiqlənmiş tarif dərəcələrinin 2026-cı ildə də davam etdirilməsi barədə məsləhətləşmələr aparılıb.

Bundan başqa, iclasda rəqəmsallaşma, konteyner daşımalarının təşkili prosedurlarının təkmilləşdirilməsi, gəmilərin yüklənməsi proseslərinin tənzimlənməsi və konteyner daşımalarında texnoloji əməkdaşlığı nəzərdə tutan sənədlər üzrə geniş fikir mübadiləsi həyata keçirilib.