× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO “Rəqəmsal Transformasiya üzrə Lider Dövlət Şirkəti” mükafatına layiq görülüb

AZCON Holding şirkətlərindən olan ASCO rəqəmsal inkişafda fəal roluna və davamlı innovasiya təşəbbüslərinə görə ORBITSON CO. şirkətinin “The Leading State Company in Digital Transformation” (Rəqəmsal Transformasiya üzrə Lider Dövlət Şirkəti) mükafatına layiq görülüb.

Mükafat ASCO-ya ORBITSON CO. və SAP-ın təşkilatçılığı ilə keçirilən “Business Innovation Day” tədbirində təqdim olunub.

Dövlət və müxtəlif biznes qurumlarını bir araya gətirərək rəqəmsal transformasiya üzrə qabaqcıl təcrübələrin müzakirəsinə imkan yaradan tədbirdə dənizçilik sahəsində rəqəmsal transformasiya layihələri, innovativ idarəetmə yanaşmaları və tətbiq olunan yeni texnoloji həllər barədə məlumat verilib.

ASCO-nun İnsan resurslarının idarəedilməsi departamentinin rəisi Sevda Məmmədova “SAP HCM transformasiyası” mövzusunda çıxış edərək şirkətdə bu istiqamətdə həyata keçirilən yenilikləri iştirakçıların diqqətinə çatdırıb. Təqdimat zamanı ASCO-da rəqəmsallaşmanın prioritet sahələrdən biri olduğu vurğulanıb.

Həmçinin qeyd olunub ki, ASCO-da rəqəmsal transformasiya istiqamətində həyata keçirilən layihələr ardıcıl şəkildə davam etdirilir. Qarşıdakı dövrdə isə innovativ texnologiyaların tətbiqinin daha da genişləndirilməsi, əməliyyat proseslərinin optimallaşdırılması və smart idarəetmə modellərinin inkişaf etdirilməsi planlaşdırılır.