× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO gəmiləri ilə maye və quru yük daşımalarında 17 faiz artım qeydə alınıb

AZCON Holding şirkətlərindən olan ASCO-nun tanker və universal quru yük gəmiləri ilə 2025-ci ilin yanvar–oktyabr aylarında ümumilikdə 4 milyon 838 min 499 ton yük daşınıb.

Daşımaların 3 milyon 714 min 677 tonu tanker gəmiləri, 1 milyon 123 min 822 tonu isə universal quru yük gəmiləri ilə həyata keçirilib.

Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 3 milyon 410 min 939 ton və 724 min 627 ton təşkil etmişdi. Beləliklə, maye yük daşımalarında 8,9 faiz, quru yük daşımalarında isə 55,1 faiz artım qeydə alınıb.

Ümumilikdə, ASCO-nun maye və quru yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə bu il təxminən 17 faiz artıb.