Xəbərlər

Gəmi mühərriklərinin ömrünün uzanmasında əvəzsiz rol oynayan laboratoriya - VİDEO
İstilik Texnikası Laboratoriyası uzun illərdir ki, ASCO-nun xidmət sahələrindən biri kimi fəaliyyət göstərir.
Laboratoriya gəmi mühərriklərinin fasiləsiz və etibarlı işləməsində mühüm rol oynayır.
Onun əsas vəzifəsi mühərrik yağları, yanacaqlar və köpük əmələ gətirən mayelərin analizini həyata keçirmək və onların gəmi mühərriklərində istifadə olunduğu dövrdə keyfiyyətinə daimi nəzarəti təmin etməkdir.
Bununla yanaşı, laboratoriyada gəmilərdən gətirilən daxili yanma mühərriklərinin soyutma sistemlərində istifadə olunan içməli, kondensat və qazanxana sularının analizi həyata keçirilir.
Gəmilərin təmiri və qaynaq işləri öncəsi isə yanğın və partlayış riski yarada biləcək çən və anbarlarda qazların mövcudluğu yoxlanılır.
Bu istiqamətlər üzrə aparılan nəzarət və analizlər gəmiçilikdə təhlükəsiz istismar, yanacaq səmərəliliyi və ekoloji standartların qorunmasına mühüm töhfə verir.