Xəbərlər

ASCO əməkdaşları üçün beynəlxalq standartlara dair təlim keçirilib
AZCON Holding şirkətlərindən olan ASCO-da əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədilə beynəlxalq tələblərə dair təlim keçirilib.
Amerika Gəmiçilik Bürosunun (ABS) nümayəndəsi Vasileios Paraskevopoulos tərəfindən aparılan proqramda ASCO-nun müvafiq struktur rəhbərləri və mütəxəssisləri iştirak ediblər.
Təlimdə DPA (Sahildə Təyin Olunmuş Şəxs), ISM (Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə), ISPS (Gəmi və liman vasitələrinin mühafizəsinə dair Beynəlxalq Məcəllə) və MLC 2006 (Dəniz Əməyi Konvensiyası) üzrə mövzular əhatə olunub. İştirakçılar beynəlxalq tələblərə uyğun auditlərin təşkili, təhlükəsizlik prosedurlarının icrası, həmçinin dəniz əməyinə dair qaydaların tətbiqi ilə bağlı nəzəri bilik və praktiki təcrübələr əldə ediblər.
Proqram çərçivəsində real nümunələr əsasında risklərin qiymətləndirilməsi, yoxlamaların aparılması və əməliyyatların beynəlxalq normalara uyğun idarə olunması məsələləri də öyrənilib.
ASCO-da belə təlimlərin keçirilməsi əməkdaşların peşəkar hazırlığının artırılmasına, təhlükəsizlik standartlarının tətbiqinin gücləndirilməsinə və şirkətin beynəlxalq tələblərə uyğun fəaliyyətinə dəstək verir.