× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-da Almaniyanın dənizçilik sənayesinin nümayəndələri ilə görüş keçirilib

AZCON Holding şirkətlərindən olan ASCO-da Almaniyanın "Unitron" şirkətinin idarəedici direktoru və hüquqşünası Niko Hans Zibert və Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş zamanı nümayəndə heyətinə ASCO-nun donanması, fəaliyyət istiqaməti və inkişaf planları barədə ətraflı məlumat təqdim olunub və onları maraqlandıran suallar cavablandırılıb.

Həmçinin tərəflər gəmiçilik sahəsindəki mövcud tendensiyalar, o cümlədən rəqəmsallaşma və innovativ həllər, yaşıl texnologiyalar üzrə geniş müzakirələr aparıb və bu istiqamətlərdə gələcək əməkdaşlıq imkanlarını dəyərləndiriblər.