× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-nun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə verilmiş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

İclasda ASCO-nun inkişaf istiqamətləri, ümumi fəaliyyət planı və gündəlikdə olan məsələləri ilə bağlı müzakirə aparılıb, müvafiq qərarlar qəbul edilib.

AZCON-un əsas hədəfləri onun idarəetməsinə verilmiş dövlət müəssisələrində müasir korporativ idarəetmə prinsiplərinin tətbiq edilməsini, eləcə də bu müəssisələrin rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının artırılmasını təmin etməkdir.