× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO nümayəndələri Çində rəqəmsal iqtisadiyyatla bağlı seminarlarda iştirak ediblər

AZCON Holding şirkətlərindən olan ASCO-nun İnsan resurslarının idarə edilməsi departamentinin rəisi Sevda Məmmədova və departamentin mütəxəssisi Nigar Hüseynli “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çində keçirilən “Rəqəmsal İqtisadiyyat üzrə Şanxay Əməkdaşlıq Təşkilatı Müzakirə Seminarı” və “Rəqəmsal İqtisadiyyat Forumu – 2025” tədbirlərində iştirak ediblər.

İnkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulan tədbirlərin məqsədi rəqəmsal transformasiyanın insan resurslarının idarə edilməsinə və iqtisadi sistemlərə təsirini müzakirə etmək, həmçinin iştirakçı ölkələrin qabaqcıl təcrübə və yanaşmalarını paylaşmaq olub.

Tədbirlər çərçivəsində süni intellektin insan kapitalının idarə olunmasında artan rolu ilə bağlı praktiki məlumatlar verilib. İnsan resursları texnologiyalarının tətbiqinə həsr olunmuş interaktiv sessiyalarda işə qəbul, istedadların idarə olunması, əməkdaş performansının qiymətləndirilməsi və təlim-tədris proseslərində süni intellektin istifadəsi üzrə nümunələr təqdim edilib. Bundan əlavə, rəqəmsal iqtisadiyyatın bir komponenti kimi insan resursları sahəsində formalaşmaqda olan yeni trendlər, o cümlədən hibrid iş modelləri, uzaqdan əməkdaşlığın idarə olunması, dataya əsaslanan qərarvermə və işçi təcrübəsinin artırılması istiqamətində beynəlxalq praktikalar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir zamanı ASCO nümayəndələri müxtəlif ölkələrdən olan HR mütəxəssisləri ilə fikir mübadiləsi aparmaq, əməkdaşlıq imkanlarını dəyərləndirmək və ölkəmizdə tətbiqi mümkün ola biləcək innovativ yanaşmaları öyrənmək imkanı qazanıblar.