× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

"Suraxanı” gəmi-muzeyində “Ulu öndər Heydər Əliyev və milli gəmiçilik siyasəti” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı və AZCON Holding şirkətlərindən olan ASCO-nun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suraxanı” gəmi-muzeyində “Ulu Öndər Heydər Əliyev və milli gəmiçilik siyasəti” mövzusunda tədbir keçirilib.

YAP üzvü olan gənclərin iştirakı ilə baş tutan tədbirdə “Xilaskar lider” sənədli filmi nümayiş edilib. Filmdə Ümummilli lider Heydər Əliyevin həyat yolu, milli gəmiçilik siyasəti və dənizçilərə qayğısı əks olunub.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxışında Heydər Əliyevin müstəqil Azərbaycanın quruculuğunda və dövlət suverenliyinin qorunmasında oynadığı əvəzsiz roldan danışıb. O vurğulayıb ki, Ümummilli Liderin siyasi irsi bu gün də Azərbaycanın inkişafının ideoloji əsasını təşkil edir.

ASCO sədrinin müavini Nəzrəddin Əhmədzadə Ulu Öndərin ölkəni böyük sınaqlardan qoruyub sabitlik və iqtisadi inkişaf yoluna çıxardığını bildirib. O, Heydər Əliyevin donanmaların zənginləşdirilməsi və təcrübəli milli dənizçi kadrların yetişdirilməsində xüsusi rol oynadığını qeyd edib. Sədr müavini əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında gəmiçilik sahəsində strateji inkişaf davam edir və Azərbaycan beynəlxalq nəqliyyat-logistika qovşağına çevrilir.

Tədbirin davamında gənclər dünyanın ilk tanker-muzeyin zallarını gəzib, burada nümayiş olunan eksponatlarla yaxından tanış olublar.

Sonda iştirakçılara Azərbaycan gəmiçiliyinin tarixi irsini yeni baxış bucağından təqdim edən “Zamanla eyni dalğada” kitab-fotoalbomu hədiyyə olunub və xatirə şəkli çəkilib.