× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Birinci yarımildə ASCO üzrə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün zəruri qabaqlayıcı tədbirlər görülür.

2024-cü ilin ilk altı ayının nəticələrinə görə, ASCO gəmilərindən 48,29 m³ plastmas, 453,47 m³ qida qalığı, 393,99 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 79,44 m³ istismar tullantısı, 132,1 m³ neft qalığı-şlam, 2209,5 m³ döşəməaltı lyal sular, 39766,2 m³ məişət təsərrüfat çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.

Dövr ərzində ASCO-nun sahil obyektləri üzrə 19,04 ton yanmış qəlib qumu, 818,68 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 37318 ton məişət çirkab suyu, 449,2 ton neftli döşəməaltı-lyal su, 129,04 ton sürtgü yağı, 2250,61 m³  məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 401,42 m³ qida qalığı, 191,25 m³ polimer əsaslı və plastmas tullantı, 31,7 m³ yağlı və neftli tullantı, 116,3 m³ rezin tullantı, 199,8 m³ istismar tullantı, 0,019 m³  tibbi tullantı aidiyyatı üzrə təhvil verilib.

Hesabat dövrü ərzində ümumilikdə 0,245 ton kağız, 0,169 ton plastmas, 243,85 ton qara metal, 0,028 ton əlvan metal isə təkrar emala göndərilib.