Xəbərlər

“Saturn” qazma qurğusu ASCO gəmilərinin köməkliyi ilə Azərbaycana gətirilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus təchizat-yedək gəmilərinin müşaiyəti ilə “Saturn” neft qazma qurğusu Türkmənistandan Bakıya çatdırılıb.
Qurğu Türkmənbaşı limanında ASCO-nun Xəzər Dəniz Neft Donanmasının “Andoqa”, “Nefteqaz 64” və “Mərdəkan” gəmilərinə yedəklənərək yola salınıb.
Üç gün davam edən yedəkləmə əməliyyatı təhlükəsiz şəkildə başa çatıb.