Xəbərlər

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı ADDA tələbələrinin iştirakı ilə fləşmob təşkil olunub
Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının bir Vətəni var! xalq olaraq bizi güclü edən ən böyük dəyər isə, şübhəsiz ki, milli həmrəyliyimizdir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələrinin iştirakı ilə təşkil olunan "Hər birimizin vətənisən" adlı flaşmobda da məhz həmrəyliyimizin vacibliyi önə çəkilir.