× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-da “Strateji çevik liderlik” mövzusunda təlim keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəhbər şəxsləri üçün “Strateji çevik liderlik” mövzusunda təlim təşkil olunub. 

Təlim ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Türkiyədən dəvət olunmuş peşəkar kouç Dr. Çağlayan Aktaş tərəfindən aparılıb.

Seminarda strateji çevik liderliyin müxtəlif aspektləri, təşkilatlarda strategiyaların qurulması və həyata keçirilməsi müzakirə edilib. İştirakçılara strateji çevik liderliyə dair yeni trendlər və təcrübələr barədə faydalı məlumatlar verilib.

Təlim qarşılıqlı müzakirə və sual-cavab sessiyası ilə davam edib.