× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-da Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) infrastruktur layihələri üzrə baş bankiri Yelena Qordeyevanın və AYİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Natali Mouravidzenin daxil olduğu nümayəndə heyəti ilə görüşüb.

Görüşdə maliyyə qurumu ilə gələcək əməkdaşlıq imkanları ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, ASCO-da keçirilən sözügedən görüşdə Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri də iştirak ediblər.