× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ADDA-da Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş 18-ci Beynəlxalq elmi-texniki konfrans keçirilib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında  (ADDA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Su nəqliyyatının problemləri” mövzusunda 18-ci Beynəlxalq elmi-texniki konfrans keçirilib.

ADDA-nın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov konfransın ənənəvi olaraq Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edildiyini vurğulayıb.

O, konfransda xarici alimlərin iştirakından da danışıb. Bildirib ki, onların konfransa onlayn qoşulması bu elmi tədbirin əhəmiyyətini daha da artırır.

Akademiyanın Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Nəsir Hüseynov Beynəlxalq elmi-texniki konfransın müxtəlif ölkələrin universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən alimləri, gənc tədqiqatçıları və istehsalatda çalışan aparıcı mütəxəssisləri bir araya gətirdiyini bildirib. 

Elmi-texniki konfransa ümumilikdə 91 məruzə, o cümlədən 3 xarici ölkədən (Rusiya, Qazaxıstan,  Ukrayna) 13 elmi məqalə təqdim edilib. Ən yaxşı məruzə materialları “ADDA-nın Elmi əsərləri” məcmuəsində çap ediləcək.

Konfransda Ümummilli Liderimizin zəngin həyat yoluna, yorulmaz fəaliyyətinə həsr edilmiş film də nümayiş olunub.