× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“Zərifə Əliyeva” gəmi-bərəsinin təsviri əks olunmuş poçt markası hazırlanıb

Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın 100 illiyi münasibətilə onun adını daşıyan Ro-Pax tipli gəminin təsviri əks olunmuş poçt markası hazırlanıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşəbbüsü ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin hazırladığı poçt markası Belarus Respublikasının “Bobruisk İntegrated Printing House” çap evində işıq üzü görüb.

Yüksək keyfiyyətlə çap olunmuş poçt markasının ölçüsü 52x37 millimetrdir. Markanın nominal dəyəri 1 AZN-dir.

Bu markanın dövriyyəyə buraxılması dənizçilərin görkəmli oftalmoloqa sonsuz ehtiramının bariz nümunəsi olmaqla yanaşı, dünyada filateliyaya marağın yenidən artdığı bir vaxtda əsl kolleksiyaçılar üçün də böyük töhfədir.