× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Ötən il “Bibiheybət” Gəmi Təmiri Zavodunda 98 gəmi təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunda 2022-ci il ərzində 98 müxtəlif təyinatlı gəmi təmir edilib.

Gəmilərin 25-i əsaslı, 43-ü tərsanə, 30-u cari təmir olunub. Bu üzən vasitələrin 82-si ASCO-nun Xəzər Dəniz Neft Donanmasına, 3-ü Dəniz Nəqliyyatı Donanmasına,  13-ü isə kənar təşkilatlara aiddir.

Təmir prosesi ASCO-nun yüksəkixtisaslı mütəxəssislərin iştirakı ilə beynəlxalq konvensiyanın tələblərinə uyğun həyata keçirilib.

ASCO geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri təqdim edir. Həm “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu, həm də “Bibiheybət” Gəmi Təmiri Zavodunun əsas fəaliyyət istiqaməti ASCO-ya və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlıqları təmir etməkdən və onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri hazırlamaqdan ibarətdir.