× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Nizami Kino Mərkəzində “20 yanvarda doğulanlar” bədii- sənədli filminin nümayişi olub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşəbbüsü əsasında çəkilmiş “20 yanvarda doğulanlar” bədii-sənədli filmi Nizami Kino Mərkəzində nümayiş olunub.

Xalqımızın qəhrəmanlıq salnaməsi olan 20 Yanvar hadisələri və bu hadisələr zamanı şücaət göstərmiş dənizçilərimizdən bəhs edən film böyük maraqla qarşılanıb.

Filmin ssenarisi hadisələrin iştirakçısı olmuş dənizçilərin açıqlamaları və xatirələri əsasında yazılıb. Həmçinin ssenarinin ərsəyə gəlməsində o dövrün araşdırmaçı tarixçiləri, peşəkar ssenaristlər və hərbi ekspertlər də yaxından iştirak ediblər.

Ekran işinin əsas qayəsi isə otuz üç il əvvəl şər qüvvələrə yox deyib, Azərbaycanın müstəqilliyinə canları-qanları bahasına nail olan xalqımız, o cümlədən dənizçilərin göstərdiyi şücaəti geniş auditoriyaya çatdırmaq və gələcək nəsillərə ötürməkdən ibarətdir.

Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərov olan filmin ssenari müəllifləri Lalə Əliyeva, Yavər Rzayev, təsvir rejissorları Gints Berzinış, Nadir Mehdiyev, quruluşçu rəssamı Mamuka Esadze, baş prodüserləri Tural İbrahimov, Mehman Mehdiyev, icraçı prodüseri Aydın Hacıyevdir.