× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“ASCO istiqrazları”na abunə yazılışı davam edir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yeni tədavülə buraxdığı “ASCO istiqrazları”na abunə yazılışı davam edir. 2022-ci il dekabrın 29-dan başlayan proses 28 fevral 2023-cü ildə başa çatacaq.

İnvestorlar “ASCO istiqrazları”nı əldə etmək üçün ölkədə fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edə bilərlər.  Həmçinin aşağıdakı link vasitəsilə də istiqrazı əldə etmək mümkündür.

https://ascoistiqraz.az/istiqrazlari-elde-et/

Qeyd edək ki, illik 6 faiz gəlirli “ASCO istiqrazları” 5 illik müddətə buraxılır. İstiqrazların ümumi sayı 100 min ədəd, hər birinin nominal dəyəri 1000 dollardır. 

Həm fiziki, həm də hüquqi şəxslərin əldə edə biləcəyi istiqrazlar üzrə faiz ödənişi ildə iki dəfə 6 aydan bir həyata keçiriləcək.

Yarandığı gündən hər il fəaliyyətini mənfəətlə başa vuran ASCO-nun dövriyyəyə buraxdığı istiqrazlar sizin etibarlı alternativ investisiyanız olacaq.

Dollarda yüksək gəlirli maliyyə aləti olan və məhdud sayda tədavülə buraxılan istiqrazları əldə etməyə tələsin!

ASCO istiqrazları – Uğurlu gələcəyə birgə yelkən açaq!