× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-nun Təlim Tədris Mərkəzində SOCAR əməkdaşlarına təlim keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) Təlim Tədris Mərkəzində (TTM) SOCAR Təlim Tədris Sertifikatlaşdırma İdarəsinin əməkdaşları  üçün təlim təşkil olunub.

“Təlimatçılar üçün hazırlıq” kursunu TTM-in tədris şöbəsinin rəisi Namiq Mollayev aparıb.

Üç günlük kurs ərzində dinləyicilərə təlim keçmə üsulları, tədrisin planlaşdırılması, təşkili, əlverişli təlim mühitinin yaradılması, metodikası, dənizçilərin bilik və bacarıqlarının qiymətləndirilməsinin ümumi prinsipləri haqqında geniş məlumat verilib.

Təcrübəli və gənc təlimçilərin bir-biri ilə fikir mübadiləsi aparması üçün əlavə platforma sayılan kursu müvəffəqiyyətlə bitirən iştirakçılara sonda sertifikat təqdim olunub.