× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“Hər biri qəhrəmandır” kitabının II cildi Azərbaycan Milli Kitabxanasına təqdim edilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dənizçi şəhidlər, dənizçi qazilər və dənizçi müharibə iştirakçılarının həyat və döyüş yollarından bəhs edən “Hər biri qəhrəmandır” kitabının II cildi Azərbaycan Milli Kitabxanasına təqdim edilib.

Nəşr kitabxananın əsas fondu ilə yanaşı, bir neçə mərkəzləşdirilmiş kitabxana sisteminə də göndəriləcək. Bundan başqa, “Hər biri qəhrəmandır” kitabının II cildi elektron kataloqa da daxil ediləcək.

ASCO-nun Korporativ Sosial Məsuliyyəti çərçivəsində hazırlanan kitab nəfis tərtibatda dizayn olunub. Kitabda  Vətən müharibəsi günlərində dənizçi geyimini hərbi forma ilə əvəz edən – müstəqil Azərbaycanın ərazi bütövlüyü üçün canından və qanından keçənlər və keçməyə hazır olan dənizçilər haqqında ətraflı məlumat verilir.

Kitabın PDF variantını www.asco.az saytının "E-nəşrlər" bölməsindən oxuya bilərsiniz.

Qeyd edək ki, kitabın birinci cildi ötən ilin noyabrında nəşr olunub.