× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Vətən qarşısında xüsusi xidmətləri olan ADDA və ADK tələbələrinə aylıq maddi yardım veriləcək

Şəhid ailələri və müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılması dövlətin daim diqqət mərkəzindədir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu istiqamətdə apardığı siyasətə və müvafiq tapşırıqlara uyğun olaraq bu kateqoriyadan olan insanlara “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) də xüsusi həssaslıqla yanaşılır.

Yeni qəbul edilmiş qərara əsasən, ASCO-nun tabeliyindəki təhsil müəssisələrində - Azərbaycan Dövlət Dəniz Akademiyası və Azərbaycan Dənizçilik Kollecində təhsil alan Qarabağ müharibəsi və ya 1990-cı ilin 20 Yanvar hadisələri zamanı şəhid olmuş şəxslərin ailə üzvlərindən birinə 300, Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olanlara 200, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərin iştirakçılarına (aidiyyəti dövlət orqanlarının verdiyi müvafiq arayış əsasında) 150  manat məbləğində təhsil aldıqları müddətdə aylıq maddi yardım göstəriləcək.

Onu da qeyd edək ki, hazırda ASCO-da həm Birinci Qarabağ, həm də İkinci Qarabağ müharibəsində ailəsində şəhid olan əməkdaşlara 300, müharibə əlillərinə və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 200, müharibə iştirakçılarına 150 manat aylıq ödəniş olunur.