× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması

Xəbərlər

ASCO əməkdaşları arasında “Xəmsə” milli intellektual oyunu keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları arasında 8 noyabr - Zəfər Günü münasibətilə “Xəmsə” milli intellektual oyunu keçirilib.

ASCO-nun İnsan resurslarının idarəedilməsi departamentinin təşkilatçılığı ilə baş tutan yarışda hər birində 5 nəfər olmaqla 8 komanda iştirak edib.

Bilik savaşının qalibi Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kollecinin komandası olub.

Növbəti 3 yerdə Dəniz Nəqliyyatı Donanması, Xəzər Dəniz Neft Donanması və “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun təmsilçiləri qərarlaşıblar.

Turnirin qalibləri xüsusi hədiyyələrlə mükafatlandırılıblar. Yarışda iştirak edən digər komandaların üzvlərinə də hədiyyələr təqdim edilib.

Qeyd edək ki, bu cür intellektual oyunlar ASCO-da komanda ruhunun yüksəldilməsi, əməkdaşların dünyagörüşünün artırılması məqsədilə mütəmadi təşkil olunur.