× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Dənizçilər arasında üzgüçülük turniri keçiriləcək

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin işçiləri və struktura daxil olan digər əməkdaşlar arasında üzgüçülük turniri keçiriləcək.

Yarış “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində fəaliyyət göstərən Təlim Tədris Mərkəzinin üzgüçülük hovuzunda təşkil olunacaq. 2018-ci il üzrə idman planına uyğun olaraq turnir 30 avqustda keçiriləcək.

Yarışda iştirak etmək istəyən əməkdaşlar 24 avqustadək Sosial inkişaf və nəqliyyat şöbəsinə müraciət edə bilərlər. Turnir həm qadınlar, həm də kişilər arasında təşkil olunacaq.

Üzgüçülük turnirinin keçirilməsində məqsəd dənizçilərin sağlamlığının möhkəmləndirilməsi, onları bədən tərbiyəsi və idman məşğələlərinə cəlb etməklə asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, eləcə də ən yaxşı idman kollektivlərini müəyyənləşdirməkdən ibarətdir.