× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Vətən müharibəsində qazanılmış Zəfərin ikinci ildönümü münasibətilə “Unudulmaz Zəfər” adlı sənədli film hazırlanıb - VİDEO

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) İctimaiyyətlə əlaqələr departamenti Vətən müharibəsində qazanılmış Zəfərin ikinci ildönümü münasibətilə “Unudulmaz Zəfər” adlı sənədli film hazırlayıb.

Sənədli filmdə Azərbaycan Ordusunun torpaqların azad olunması uğrunda həyata keçirdiyi əks-hücum əməliyyatından bəhs edilir.

Ekran əsərində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 44 gün davam edən Vətən müharibəsi dövründə çıxışları yer alıb.

Həmçinin filmdə Ermənistanın cəbhə xəttindən kənarda yerləşən Azərbaycan şəhərlərini bombalaması və günahsız insanların qətlə yetirilməsindən söz açılıb. 

Son dövrlər işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri də ekran işində əksini tapıb. 

Bütün bunlarla yanaşı, filmdə çoxminli ASCO ailəsinin ümumi qələbədə oynadığı roldan bəhs olunub.