× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Rusiya Federasiyasından olan nümayəndə heyəti “Suraxanı” gəmi-muzeyini ziyarət edib

Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyini, gəmiçilik və gəmiqayırma sənayesini təmsil edən müxtəlif dövlət qurumlarının və özəl şirkətlərindən ibarət nümayəndə heyəti "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyini ziyarət edib.

Əvvəlcə qonaqlara gəmi-muzeyin yaranma tarixi, burada tətbiq olunan innovativ yeniliklər barədə ətraflı məlumat verilib. Daha sonra onlar Azərbaycan və dünya gəmiçilik tarixinin, ənənələrinin əks edildiyi ekspozisiya zalları ilə yaxından tanış olublar.

Qonaqlar muzeydən xoş təəssüratlarla ayrılıblar.