Xəbərlər

Şəhidlərimizin əziz xatirəsi anılıb
Sentyabrın 27-si Azərbaycanda Vətən müharibəsi şəhidlərinin Anım mərasimi keçirilir. Bu münasibətlə saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) Xəzər dənizində və xarici sularda üzən gəmilərində, sahil idarələrində, Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.
Gəmilər olduqları ərazi sularında 1 dəqiqəlik fasiləsiz fit veriliblər.
Allah şəhidlərimizə rəhmət eləsin !