× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad edirik - VİDEO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində 44 günlük Vətən müharibəsində canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi yad olunub.

27 sentyabr Anım Gününə həsr olunan tədbirdə ASCO-nun müxtəlif strukturlarında çalışan Vətən müharibəsi iştirakçıları, dənizçilər, Azərbaycan Dövlət Dəniz Akademiyasının, Azərbaycan Dənizçilik Kollecinin tələbələri, “Səbail” FK-nın futbolçuları və “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun idmançıları bir araya gələrək şam yandırıblar.

Tədbirin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpası uğrunda canını qurban verən oğullarımızla hər bir Azərbaycan vətəndaşı kimi dənizçilərin də qürur duyduğunu, müstəqil dövlətimiz və xalqımız var olduqca şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını diqqətə çatdırmaqdan ibarətdir.