× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-nun Təlim Tədris Mərkəzində növbəti “DP İnduction” təlimi başlayıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzində (TTM) növbəti “DP İnduction” təliminə başlanıb.

Budəfəki təlimdə səkkiz nəfər iştirak edir. Onlardan üçü Azərbaycan, beşi Türkiyə vətəndaşıdır.

İngilis dilində təşkil olunan təlim beş gün davam edəcək.

İştirakçılar kursun sonunda imtahan verəcək və buna müvafiq olaraq onlara sertifikat təqdim olunacaq.

Qeyd edək ki, ASCO-nun Azərbaycan  Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzi Böyük Britaniyanın  “The Nautical İnstitute” təşkilatı tərəfindən akkreditasiya verilmiş dünyada  “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə səlahiyyəti olan 95 mərkəzdən biri, Azərbaycanda isə yeganə təşkilatdır.