× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Dənizçilər Dənizkənarı Milli Park ərazisində təmizlik aksiyası keçiriblər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və struktura daxil olan idarələrin  rəhbər və əməkdaşlarının, eləcə də  Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) tələbələrinin iştirakı ilə Dənizkənarı Milli Park ərazisində təmizlik aksiyası keçirilib.

Təmizlik aksiyası zamanı sahilyanı zolaq plastik və digər tullantılardan təmizlənib. Tullantılar çeşidlənərək xüsusi qablara yığılıb və təkrar emal üçün aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd sahilyanı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq, Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılması təşəbbüslərinə dəstək olmaqdır.