× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-da sıravi heyət üzrə işə qəbulun növbəti mərhələsi keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) matros və motorçu vakansiyaları üzrə carı ilin 20 iyununda elan etdiyi müsabiqənin müsahibə mərhələsi keçirilib.

Bu mərhələdə 14 iyul tarixində nəzəri biliklərin yoxlanılması məqsədilə keçirilən test imtahanlarında uğurlu nəticə göstərmiş namizədlər iştirak ediblər.

Müsahibə zamanı ASCO-nun Dəniz üzgüçülüyünün təhlükəsizliyi departamenti, Donanmanın texniki istismar departamenti, Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamenti, İnsan resurslarının idarəedilməsi departamenti və Hüquq departamentinin səlahiyyətli nümayəndələri namizədlərin istehsalat təcrübələri zamanı əldə etdikləri bilikləri, əməyin mühafizəsi normaları, daxili etik davranış kodeksinin qaydaları, dünyagörüşü, böhran vəziyyətlərində idarəetmə və qərarvermə ilə bağlı bilik və bacarıqlarını yoxlayıblar.

Qeyd edək ki, ASCO-nun insan resurslarının idarəedilməsi qaydalarına əsasən test imtahanı və müsahibədən uğurla keçən 35 namizəd tibbi komissiya yoxlanışından sonra donanmaların işçi ehtiyacına uyğun müvafiq təyinat alacaq.