× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması

Xəbərlər

ADDA və ADK müəllimləri üçün iki təlim təşkil olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının və Azərbaycan Dənizçilik Kollecinin müəllimləri üçün iki təlim təşkil olunub. 

“Təlimatçılar üçün hazırlıq” və  “Dənizçilərin bilik və bacarıqlarının yoxlanmasına və qiymətləndirilməsinə dair hazırlıq” kurslarını ASCO-nun Təlim Tədris Mərkəzinin direktoru Emil Manafov aparıb.

Təlimlərdə dinləyicilərə təlim keçmə üsulları, tədrisin planlaşdırılması, təşkili və əlverişli təlim mühitinin yaradılması, metodikası, dənizçilərin bilik və bacarıqlarının qiymətləndirilməsinin ümumi prinsipləri haqqında geniş məlumat verilib.

Təcrübəli və gənc təlimçilərin bir-biri ilə fikir mübadiləsi aparması üçün əlavə platforma sayılan kurslar beş gün davam edib.

Kursları müvəffəqiyyətlə bitirən iştirakçılar sertifikat əldə edib.

ASCO əməkdaşları üçün mütəmadi olaraq müxtəlif mövzularda təlimlər təşkil edir. Əsas məqsəd Cəmiyyətin strateji hədəflərinə uyğun təlim və təhsilə olan ehtiyacları müəyyənləşdirərək insan resurslarının davamlı inkişafını,  eləcə də personalın yeni istehsalat vəzifələrinin icrasına hazırlanmasını, işçilərin biliklərinin sistemli şəkildə yenilənməsini, əməkdaşların peşə mədəniyyətinin və peşə reytinqinin artırılmasını mütərəqqi təhsil və təlim metodları ilə təmin etməkdən ibarətdir.