× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Beynəlxalq gəmiçilik qurumlarının nümayəndələri “Suraxanı” gəmi-muzeyində olublar

Amerika Dəniz Gəmiçilik Bürosunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ryan Salamati, Amerika Gəmiçilik Bürosunun Türkiyə və Xəzər üzrə regional direktoru Seyfəttin Tatlı və Caspian Engineering Technology United Limited-in nümayəndəsi Andrey Utkin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO)  “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər.

Əvvəlcə qonaqlara gəmi-muzeyin yaranma tarixi, burada tətbiq olunan innovativ yeniliklər barədə ətraflı məlumat verilib. Daha sonra onlar Azərbaycan və dünya gəmiçilik tarixinin, ənənələrinin əks edildiyi ekspozisiya zalları ilə yaxından tanış olublar. 

Muzeylə tanışlıqdan sonra ziyarətçilər “Fəxri Qonaqlar” kitabına təəssürat və fikirlərini yazıblar.