× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması

Xəbərlər

Suda sağ qalmaq uğrunda mübarizə təlimi - VİDEO

Qəza hallarında qayıq və ya sal olmadıqda dənizçilər fərdi xilasetmə vasitəsi ilə gəmini tərk etməli olurlar.

Bu zaman gözlə görünən məsafədə olan obyektə çatmaq üçün suda qalan insanlar bir yerə toplaşaraq zəncir formasında üzürlər. Bir növ komanda işinə bənzəyən bu prosesdə üzməyə sərf olunan enerji hamı arasında bərabər paylanır və heyət üzvləri biri-birinə təkan verərək təyin olunan yerə çatırlar.

Bütün bunlar dənizçilərə “Suda sağ qalmaq uğrunda mübarizə” təlimində izah edilir. Təlimi ASCO-nun Təlim Tədris Mərkəzinin hovuzunda peşəkar müəllimlər aparırlar.