× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda iməcilik keçirilib

5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) iməcilik keçirilib.

İməclikdən öncə ətraf mühitin qorunması və onun təmiz saxlanılmasının vacibliyi haqqında danışılıb, bu istiqamətdə ASCO üzrə görülən işlər barədə məlumat verilib.

Daha sonra iməcilik zamanı təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı iştirakçılar təlimatlandırılıb.

Bundan sonra işlərə start verilib. Zavodun əməkdaşları təmizlik və abadlaşdırma işlərinə böyük həvəslə qatılıblar.

İməcilik zamanı ZGTTZ-nin ərazisində, eləcə də bölmə və sahələrində təmizlik işləri görülüb, yol kənarları quru otlardan və torpaqlardan təmizlənib, torpaq ərazilər isə abadlaşdırılıb, divarlar ağardılıb.