× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Dənizçilərin Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş futbol turniri başa çatıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) işçiləri və struktura daxil olan digər qurumların əməkdaşları arasında keçiriləm 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş mini-futbol turniri başa çatıb.

Final oyunu ötən gün Şəfa stadionunda baş tutub.  Həlledici görüşdə “ASCO-SYNTAX” – İXİ komandaları üz-üzə gəliblər.

Finalda İstehsalat Xidmətləri İdarəsinin (İXİ) komandası qələbə qazanıb. Belə ki, mübarizədə 7- 4 hesabı ilə “ASCO-SYNTAX”-ın  futbolçuları məğlub olub.

Qalib komanda diplom, kubok və medallarla təltif edilib.

Qeyd edək ki, Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə təşkil olunan turnirdə 8 komanda – ASCO, “ASCO-SYNTAX”, Dəniz Nəqliyyatı Donanması, Xəzər Dəniz Neft Donanması, Zığ Quru Yük Limanı, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu, “Bibiheybət” Gəmi Təmiri Zavodu, İstehsalat Xidmətləri İdarəsinin  futbolçuları qüvvələrini sınayıblar.

Yarışın keçirilməsində məqsəd dənizçilərin asudə vaxtını səmərəli təşkil etmək, onların fiziki sağlamlığını möhkəmləndirmək, idmana maraqlarını daha da artırmaqdan  ibarətdir. Bu cür idman tədbirlərinin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.