× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması

Xəbərlər

ASCO əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində (ASCO) qanvermə aksiyası keçirilib.

İstehsalat Xidmətləri İdarəsində baş tutan bu nəcib tədbirdə əməkdaşlar həvəslə iştirak ediblər. Könüllü qan verənlər bunun xeyirxah və savab iş olduğunu diqqətə çatdıraraq, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.

Toplanan donor qanları isə Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankına təhvil verilib.

Xatırladaq  ki, sözügedən sosial təşəbbüs  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı və Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində keçirilən tədbirlərə dəstək niyyəti daşıyır.