× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ADDA-da Vətən müharibəsinin iştirakçılarına güzəştlər olunur

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir.

İmtahana qatılanlar arasında əvvəllər ADDA tələbəsi olmuş və akademik borclarına görə məzun ola bilməyən 44 günlük Vətən müharibəsinin iştirakçıları da var.

ADDA Elmi şurasının qərarına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsində iştirak etmiş tələbələrin akademik borclarının ləğvində güzəştlər tətbiq edilir. Həmin tələbələr akademik borclarının ləğvi üçün fənni dinləmədən imtahana buraxılır və onlar akademik borclara görə kredit ödəmələrindən azad olunurlar.

Qeyd edək ki, qərarın qəbul edildiyi 2020-ci ilin qış sessiyasından bugünədək 35 nəfər Vətən müharibəsi iştirakçısı bu güzəştdən istifadə edib.