× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“Xəzərdənizlayihə ETİ” “İSO 9001:2015” beynəlxalq keyfiyyət sertifikatı alıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Layihə Elmi Tədqiqat İnstitutu (“Xəzərdənizlayihə ETİ”) “İSO 9001:2015” Keyfiyyət İdarəetmə Sistemi standartına uyğunluğu təsdiq edən sertifikata layiq görülüb.

Sertifikat “Büro Veritas” təsnifat cəmiyyəti tərəfindən aparılan audit nəticəsində verilib.

“İSO 9001:2015” sertifikatı idarəetmə və müştəri məmnuniyyətini qazanmaq istiqamətində görülən işləri müəyyən edən ən müasir beynəlxalq standartların tətbiqini nəzərdə tutur. Bu sertifikat İnstituta yeni layihələrdə iştirak etməyə, layihə işlərinin keyfiyyətini artırmağa və davamlı inkişafın təmin edilməsinə imkan verəcək.

1930-cu ildən fəaliyyət göstərən “Xəzərdənizlayihə ETİ” gəmi layihələrinin hazırlanmasında böyük təcrübəyə malikdir. Bundan başqa, institutun kollektivi sahildə hidrotexniki qurğuların layihələndirilməsi və təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması ilə məşğuldur.

Burada layihələndirilən gəmilərin və qurğuların müasir tələblərə cavab verməsinə xüsusi diqqət yetirilir. Yeni proqram təminatları tətbiq olunan institutda layihələr 3D formatında icra olunur.

“Xəzərdənizlayihə ETİ” ASCO-nun sifarişlərindən əlavə olaraq, kənar təşkilatlar üçün də layihələr yerinə yetirir.