× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Transxəzər ticarətin artırılması imkanlarını araşdırmaq məqsədilə təşkil edilən tur iştirakçıları ASCO gəmilərində olublar

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa-Qafqaz-Asiya Nəqliyyat Koridoru (TRACECA) və Qazaxıstan Nəqliyyat İşçiləri İttifaqının (KazLogistics)  Qazaxıstan, Azərbaycan və Gürcüstana təşkil etdikləri birgə turun iştirakçıları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus yeni istifadəyə verilmiş Ro-Pax tipli “Zərifə Əliyeva” və “Şahdağ” gəmisində olublar.

Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan, eləcə də Mərkəzi Asiya Nəqliyyat və Logistika Tərəfdaşlığına üzv 40-dan çox gömrük və nəqliyyat siyasəti təmsilçisindən ibarət nümayəndə heyətinə, eləcə də turda iştirak edən Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələrinin milli avtomobil daşıyıcıları, logistika şirkətləri və ekspeditorları, dəniz limanları və gəmiçilik şirkətlərinin təmsilçilərinə gəmilər haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, tanışlıq turunda ASCO-nu İstismar kommersiya departamentinin əməkdaşı Niyaməddin Aslanov təmsil edir. O, tur çərçivəsində iştirakçılara ASCO-nun fəaliyyətinə dair məlumat verir və onları maraqlandıran sualları cavablandırır.

Xəzər və Qara dəniz limanları vasitəsilə Mərkəzi Asiya-Avropa İttifaqı marşrutu üzrə ticarətin artırılması imkanları mövzusunda təlim turu (RoadShow/StudyTour) 24 maya dək davam edəcək.