× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Ankarada Beynəlxalq Assosasiyanın növbəti toplantısı keçirilib

Türkiyənin paytaxtı Ankarada “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası  Hüquqi Şəxslər Birliyinin Rəyasət Heyətinin və təşkilatın ümumi yığıncağının növbəti toplantısı işinə başlayıb.

Toplantıdan öncə Beynəlxalq Assosasiyaya üzv ölkələrin dəmiryolu, liman administrasiyası, gəmi və nəqliyyat-logistika şirkətlərinin rəhbərləri Ankarada xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini  ziyarət ediblər. Ulu öndərin  abidəsi önünə gül dəstələri düzülüb, dünya şöhrətli siyasətçinin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Qeyd edək ki, yığıncaqda mövcud vəziyyət, dəhlizin inkişaf istiqamətləri və perspektivləri,  onun potensialından tam istifadə edilməsi üçün görüləsi zəruri işlər, marşruta yeni yüklərin cəlb edilməsi imkanları müzakirə olunub.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni (ASCO) toplantıda qurumun sədri Rauf Vəliyevin rəhbərlik etdiyi  nümayəndə heyəti təmsil edir.