× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması

Xəbərlər

ASCO və BGZ nümayəndələri Fəxri xiyabanda

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümüdür.

Minlərlə insanın gözünə nur bəxş etmiş istedadlı alim, bacarıqlı pedaqoq Zərifə xanım Əliyevanın xatirəsi dənizçilər üçün də hər zaman əzizdir.

Məhz, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan və bu gün Prezident İlham Əliyevin iştirakı ilə istismara verilən növbəti RoPax tipli gəmi-bərənin Zərifə xanım Əliyevanın şərəfinə adlandırılması dənizçilərimizin ona olan sonsuz ehtiramın ifadəsidir.

“Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimindən sonra ASCO sədri Rauf Vəliyev, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin Baş meneceri İmanverdi Həsənov, Zavodun Layihə idarəetmə departamentinin meneceri Fuad Mədətov və yeni gəminin kapitanı Təhmiraz İsmayılov Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyev və görkəmli oftalmoloq Zərifə Əliyevanın xatirəsini yad ediblər, onların məzarları önünə tər çiçək dəstələri düzüblər.